Banner

Bu yollarda sürət həddi bərpa edildi - FOTO - YENİLƏNİB

Gündəm 8 Yanvar 2026 10:11
Bu yollarda sürət həddi bərpa edildi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. 

Avtosfer.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.

 

*** 07 yanvar, 22:25
Duman səbəbindən Bakının bir sıra yollarında sürət həddi endirilib, bütün portallarda "dumanlı hava" işarəsi qoyulub.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunur ki, hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Oxunub 694
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh