Bakının bitib-tükənməyən avtobus-taksi dərdi – Reyddən FOTOLAR

Dünən Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakıda avtobus və taksi sürücülərinə qarşı reyd keçiblər. Avtosfer.az-ın əməkdaşının da iştirak etdiyi reyddə ictimai nəqliyyatla bağlı problemlərin hələ də bitib tükənmədiyi üzə çıxıb. Belə ki, marşrut avtobuslarının əksəriyyəti dayanacağa daxil olmadan qapıları açır, dayanacaqdan kənarda sərnişin mindirib-düşürür, avtobusu dayanacaqda normal saxlaya bilmirlər. Hətta bu sırada «Bakı Bus»un avtobuslarının da olduğunu təqdim etdiyimiz fotolardan da görmək mümkünlür. Şərifzadə küçəsindəki dayanacaqların birində avtobusların dayanacağa tam daxil olmamasının səbəbi maraqlı oldu. Sürücülər bildirdilər ki, ağacın budaqları dayanacağa sallandığı üçün avtobusu tam olaraq dayanacağa salmaq mümkün olmur. Bundan əlavə, avtobusların dayanacağa tam daxil olmamasının bir səbəbi də taksi sürücülərinin dayanacaqları zəbt etməsi göstərildi. Yol polisləri bu cür qayda pozan 60-a yaxın taksi sürücüsünə inzibati protokol tərtib etdi.
Sərnihinlər də avtobusların dayanacaqlara tam daxil olmamasından və taksilərin dayanacaqları zəbt etməsindən narahatlıqlarını dilə gətirdilər. Ən çox rast gəlinən qayda pozuntusu bu oldu ki, əksər avtobus sürücüləri dayanacağa daxil olmayaraq ikinci cərgədə dayanırlar. Ona görə ki, sərnişinləri mindirib dərhal rahat hərəkət etsinlər və qarşıdakı dayanacağa tez çatsınlar. Ayrı-ayrı marşutların eyni vaxtda dayanacağa daxil olması isə vəziyyəti daha da ağırlaşdırır. Görünür, marşrutlarla bağlı məsələ hələ də bir mərkəzdən tam tənzimlənmədiyi üçün interval üst-üstə düşür. Bu da dayanacaqlarda vəziyyəti pisləşdirir.
Ümumiyyətlə, nə bəladırsa, avtobus sürücüləri dayanacağa tam olaraq daxil olmaqdan çəkinirlər. Yalnız bir halda aydın oldu ki, ağacın budaqları problem yaradır. Digər hallarda isə sürücülər dayanacağa tam daxil olmamağın səbəbini izah edə bilmədilər.
Avtobusların çirki halda xəttə çıxması da narahatlıq doğuran məsələlərdən biri idi. Sərnişinlər də bundan narahatlıqlarını dilə gətirdilər.
Elmin
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO



























