Bakının bu kəndinə avtobus işləmir; sakinlər narazıdır - VİDEO

Şüvəlan qəsəbəsinin bir sıra ərazilərində ictimai nəqliyyatla bağlı ciddi problemlər yaşanır.
Avtosfer.az xəbər verir ki, qəsəbənin 89-cu küçəsindən başlayaraq yaşayış massivinin daxilinə doğru hazırda heç bir avtobus xətti fəaliyyət göstərmir. Bu səbəbdən yerli sakinlər uzun illərdir ki, əsas magistral yola çıxmaq üçün təxminən 1–2 kilometr məsafəni piyada qət etməyə məcbur qalırlar.
Qəsəbənin 84-cü küçəsi istiqamətində müəyyən marşrut xətləri mövcuddur. Belə ki, bu ərazidə 112, 140, 144 və 146 nömrəli avtobus marşrutları fəaliyyət göstərir. Lakin qeyd olunan marşrutların heç biri Şüvəlan qəsəbəsinin daxili küçələrindən keçmir və bu da əhalinin gündəlik hərəkətində ciddi çətinliklər yaradır.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, rəsmi və şifahi şikayətlər bildirilib. Ancaq indiyədək bu müraciətlərə real cavab verən və problemin həlli istiqamətində addım atan olmayıb. Xüsusilə yaşlılar, uşaqlar və ictimai nəqliyyatdan gündəlik istifadə edən vətəndaşlar üçün uzun məsafəni piyada getmək həm vaxt itkisinə, həm də sağlamlıq baxımından əlavə risklərə səbəb olur.
Qəsəbə sakinləri aidiyyəti qurumlardan xahiş edirlər ki, heç olmasa bir avtobus xətti Şüvəlan qəsəbəsinin daxili küçələrindən keçsin və illərdir davam edən bu nəqliyyat problemi aradan qaldırılsın.
AYNA-dan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şüvəlan qəsəbəsini hazırda müntəzəm marşrutlar əlaqələndirir:
"Qeyd edilən ərazinin də yol infrastrukturu imkan verdiyi təqdirdə görülən işlər çərçivəsində ictimai nəqliyyatla əlaqələndirilməsinə baxılacaq".
Eltac Zülfüqaroğlu
Sakinlər əkin sahələrinə gedərkən cərimə olunurlar? - AYNA-dan AÇIQLAMA - VİDEO
Metrostansiya sayına görə ödəniş edəcəyik? - RƏSMİ CAVAB
Avtobus qiyməti “manatlıq” taksi ilə eyniləşir: Bəs keyfiyyət?
Sənədsiz evlərə verilən çıxarışın rüsumu nə qədər olmalıdır? – Deputatdan AÇIQLAMA – SORĞU - VİDEO
Sosial şəbəkədə söyüş söyüb soyunanlar cəzalanacaq - Prezident qanunu təsdiqlədi
Ötən gün çuxura düşən avtomobil və avtobusa kompensasiya veriləcək? - AÇIQLAMA
Qutular boş qalıb, bina sakinləri zibili yerə atır – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
İnsanların yaşıllıqlarda açdıqları cığırları təhlükəsiz səkiyə çevirmək mümkündür - FOTO
Azərbaycanda həbsdə olan 4 erməni niyə Ermənistana təhvil verilib? – Politoloq AÇIQLADI
Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan istifadə edin!
Bakının yeddi rayonunda söküntü aparılacaq - SİYAHI











