Bakının bu küçələrində hərəkət sürəti aşağı düşüb - NİİM-dən AÇIQLAMA - FOTO

Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşə obyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır.
Pik saatlarda ötən ayın əvvəlindən bu günə nəqliyyat vasitələrinin hərəkət sürətinin azalması (km/saat)
1. Səməd Vurğun küçəsi 45-dən 37-yə;
2. Rəşid Behbudov küçəsi 14-dən 12-yə;
3. Koroğlu Rəhimov küçəsi 11-dən 8-ə;
4. Bülbül prospekti 18-dən 15-ə;
5. 28 May küçəsi 12-dən 11-ə;
6. Zərifə Əliyeva küçəsi 23-dən 20-ə;
7. Ziya Bünyadov prospekti 49-dan 24-ə;
8. Tbilisi prospekti 17-dən 11-ə;
9. Neftçilər prospekti 30-dan 16-ya;
10. Heydər Əliyev prospekti (köməkçi yol) 18-dən 11-ə;
11. Qara Qarayev prospekti 43-dən 34-ə;
12. 8 noyabr prospekti 42-dən 26-ya
13. Babək prospekti 50-dən 40-a;
14. Yusif Səfərov küçəsi 46-dan 30-a;
15. Xətai prospekti 27 -dən 20-yə
Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması, nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı, digər yollara da təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə svetoforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA















