Bakının bu yolları bağlanacaq - SİYAHI

Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub: “Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.
A.Əsgərli vurğulayıb ki, sözügedən küçə prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.
Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR
Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN
“Dəmir yolunu yüz ölçün, bir keçin” - ADY-dən çağırış - FOTO
"Yol daralır, hamımız əziyyət çəkirik" - Hərəkətə mane olan yük maşınları - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
206 saylı marşrut yeniləndi, yarımçıqlıq aradan qalxmadı - FOTO
Aeroport yolunun hansı hissəsində məhdudiyyət tətbiq ediləcəyi açıqlandı - FOTO
Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin TAM SİYAHISI
Cey Di Vensin səfəri regionda nələri dəyişəcək? - POLİTOLOQ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO










