Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur - VİDEO

Gündəm 19 İyul 2024 18:09 Oxunub 124
Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) təmir işləri aparılır.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir çərçivəsində hazırda ərazidə frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh