Bakının əksər küçələrində sıxlıq yarandı: sərnişin avtobuslarının hərəkəti çətinləşib - FOTO

Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar əksər küçə və prospektlərdə, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektləri, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. "BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Bundan başqa, Heydər Əliyev prospekti-Hava limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi-Hava limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə maksimal sürət həddi 40 km/saat endirilib. Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmaları və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə BNA-nın xəbərində qeyd edilib.
Emin
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY


















