Banner

Bakının ən məşhur konsert binasının qabağında keçidin eskalatoru işləmir - VİDEO

Gündəm 27 Oktyabr 2025 13:00 Oxunub 632
Bakının ən məşhur konsert binasının qabağında keçidin eskalatoru işləmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda yeraltı piyada keçidlərində vəziyyət hələ də qənaətbəxş deyil. Şəhərin bir çox yerində yerləşən keçidlərdə ya ekskalatorlar işləmir, ya da əlil və uşaq arabaları üçün nəzərdə tutulan panduslar standartlara uyğun deyil.

Avtosfer.az xəbər verir ki, belə problemlərdən biri də Bülbül prospektində Heydər Əliyev sarayının qarşısındakı yeraltı keçiddə müşahidə olunub.

Belə ki, keçiddə aşağıya enən istiqamətdəki ekskalator işlək vəziyyətdə olsa da yuxarı qalxan ekskalator uzun müddətdir fəaliyyət göstərmir. Bu isə, xüsusilə yaşlı insanlar, uşaqlı qadınlar və əlilliyi olan şəxslər üçün ciddi çətinlik yaradır.

Ərazidə olan vətəndaşlar bildiriblər ki, ekskalatorlardan hər ikisi işləməlidir. Lakin texniki nasazlıq səbəbindən biri işləmirsə, ən azı yuxarı istiqamətdə hərəkət edən ekskalatorun aktiv olması daha məqsədəuyğundur. Çünki keçiddən çıxış zamanı insanlar daha çox fiziki çətinlik çəkirlər.

Sakinlər əlavə ediblər ki, paytaxtın bir çox keçidlərində oxşar vəziyyət mövcuddur. Bəzi keçidlərdə ekskalatorlar ümumiyyətlə işləmir, digərlərində isə panduslar o qədər dik və dar şəkildə quraşdırılıb ki, uşaq arabası ilə istifadə demək olar, mümkünsüzdür.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh