Bakının əsas prospektlərində sıxlıq yaranıb

Gündəm 27 Aprel 2016 10:01 Oxunub 1125
Bakının əsas prospektlərində sıxlıq yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib

Bu gün Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir. 

Avtosfer.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov prospekti ("Koroğlu" metro stansiyası istiqamətində), Əbdülvahab Salamzadə küçəsində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxta doğru) və Babək prospektində (Heydər Əliyev prospektinə doğru) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb. 

Qeyd edək ki, Z.Bünyadov prospektində səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh