Bakının əsas prospektlərindən birində təmirə başlanacaq

Bakının əsas prospektlərindən birinin təmirinə başlanacaq. Avtosfer.az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın günlərdə Bakı şəhəi, Nizami rayonu, Qara Qarayev prospektində təmir işlərinə başlanacaq. Qara Qarayev prospekti Neftçilər metrosu, 8 km bazarı, Xalqlar Dostluğu metrosunun qarşısından keçir, onları birləşdirir. Bakının əsas hərəkət intensivliyi olan prospektlərindən biridir. Prospektin bir qismi bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilib. “Azəravtoyol” ASC isə prospektin qalan qisminin təmir işlərini həyata keçirəcək. A. Nəcəfli deyib ki, “Azəravtoyol” ASC Qara Qarayev prospekti ətrafındakı yolların əksəriyyətini təmir edib: “Hazırda prospektlə kəsişən Rüstəm Rüstəmov küçəsində təmir işləri gedir, bu küçənin uzunluğu 3,7 km-dir. Qara Qarayev prospekti ətrafındakı Mikayıl Əliyev, Bəkir Çobanzadə, Mehdi Abbaosv və Naxçıvani küçələri də təmir edilib. Qara Qarayev prospektində təmir dövründə prospektdə nəqliyyatın hərəkəti tam deyil, qismən məhdudlaşdırılacaq. Ümumiyyətlə, “Azəravtoyol” ASC təmir işləri apararkən yolları tam bağlamır. Əsas məqsəd odur ki, yol təmir olunsun, təmirdən sonra nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Təmir zamanı da prospekt hissə-hissə bağlanacaq ki, nəqliyyatın hərəkəti tam dayanmasın”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












