Bakının əsas yollarında sıxlıq yaranıb

Bu gündən etibarən ölkədə yeni tədrisin ilin başlaması ilə əlaqədar Bakı şəhərinin əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Avtosfer.az xəbər verir ki, hazırda Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, paytaxta doğru), Masazır dairəsi, Moskva prospektində nəqliyyat vasitələri hərəkətsiz şəkildə dayanıblar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyimiz məlumata görə, bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü istiqamətində), Ziya Bünyadov prospekti, Tbilisi prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi (İnşaatçılar prospektinə doğru), Rəşid Behbudov küçəsi (Mərkəzi Banka doğru), Azadlıq prospekti (Binəqədi şosesi), eləcə də Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Babək prospekti (nisbi sıxlıq), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısı), Koroğlu Rəhimov küçəsi, eyni zamanda Həsən Əliyev küçəsi ("Asan Xidmət"in qarşısı) və Niyazi küçəsində ("İçəri şəhər" metrosu istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT















