Bakının mərkəzi küçələri bağlandı

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, paytaxtın “Neftçilər” prospekti ilə “Əziz Əliyev” küçəsi kəsişməsindən “Azneft” dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb. Onun sözlərinə görə, bunu nəzərə alaraq, bu istiqamətə doğru – Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən “Xanlar”, “Mikayıl Hüseynov” küçələri vasitəsilə “Mehdi Hüseyn”, yaxud “Parlament” prospekti istiqaməti, eləcə də “Yusif Səfərov”, “28 May” küçəsi kəsişməsindən “Zərifə Əliyeva”, “Rəşid Behbudov” küçələri kəsişməsindən “Neftçilər” prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq dəyişdirilib.
Vaqif Əsədov bildirib ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










