Bakının mərkəzi küçələrində “balkon”lar sökülür - FOTO

Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları (“balkon”lar) sökülür. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir. Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri İsgəndər Səfərov açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur.
Onun sözlərinə görə, hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, 28 may, Azadlıq prospekti, Nizami küçəsində olan binalarında təmir işləri gedir: “Heç bir binada eyvanların ləğvindən söhbət getmir. Sadəcə yeniləri tikilir. Çünki eyvanların çoxu betonun altında qalmağına baxmayaraq, istismar müddətini başa vurmuşdu. Söküntü işləri Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən, tikinti şirkətləri tərəfindən icra olunur”.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da deyib ki, son beş ildə rayonun mərkəz küçələrində - Yusif Səfərov, Afiyəddin Cəlilov, Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir olunub, 470 eyvan yenilənib: “Proses mərhələli şəkildə hələ də davam edir. Çuqundan yeni eyvan qəfəsləri hazırlanır. Qəzalı vəziyyətdə olan eyvanlar tamamilə sökülərək yeniləri ilə əvəz olunur. Təbii ki, bu işlər fasad təmirinin içərisində olur”.
P.İmanov vurğulayıb ki, hazırda Afiyyəddin Cəlilov və Mehdi Mehdizadə küçəsində də təmir işləri davam edir: “Ümumilikdə 40 eyvanın təmiri aparılır”.
Qeyd olunub ki, ilin sonuna kimi işlərin başa çatdırılması nəzərdə tutulur.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”





















