Banner

Bakıda biabırçı mənzərə; dairədə heyvan otardılar - VİDEO

Gündəm 29 Aprel 2022 14:24 Oxunub 3422
Bakıda biabırçı mənzərə; dairədə heyvan otardılar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dairənin ortasında heyvan otarırlar. Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd olunub ki, Nizami rayonu, "8-ci kilometr" qəsəbəsində, "Neon" və "Milord" şadlıq saraylarının qarşısındakı dairədə inək otarılıb. Bakının ətraf kəndlərində iribuynuzlu heyvanlar saxlanıldığını görmüşdük. Amma bu dəfə şəhərin intensiv yollarının birində, dairənin ortasında da inək otarılmasını şahidi olduq. Görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəziləri həmin yolun intensiv hərəkətli olduğunu və bu heyvandarlığın sürücülərə təhlükə yaratdığını qeyd edib.

Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh