Bakının mərkəzində eyvanı olan evlərin kirayə qiyməti kəskin artdı - VİDEO

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin başlamasına saylı günlər qalmış, trekin əhatə edəcəyi ərazilərdə mənzillərin kirayə qiymətləri yüksəlib.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Neftçilər və Azadlıq prospektləri, eləcə də Xəqani, Rəşid Behbudov və İstiqlaliyyət küçələrində yerləşən binalarda mənzillərlə yanaşı, yarışı izləmək üçün kirayə verilən eyvanların da qiymətlərində artım var.
Əmlak eksperti Nofəl Quliyev bildirib ki, eyvanların kirayə qiyməti yerləşdiyi küçədən asılı olaraq dəyişir.
Rieltor Elmar Məmmədov də deyir ki, “Formula-1” yarışını izləmək üçün yarış zolağının əhatə etdiyi binaların eyvanlarını kirayələmək istəyənlərin sayı artıb.
Eksepertlərin sözlərinə görə, yarış zolağı boyunca yerləşən binalarda mənzil kirayələmək istəyənlərin sayı eyvanlarla müqayisədə azdır. Buna rəğmən əvvələr neftçilər prospektində yerləşən binalarda mənzil kirayəsi 1000-1200 manata idi, indi isə qiymət 1500-2000 manat arasında dəyişir.
Daha ətraflı süjetdə:
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










