Bakının mərkəzində həyəcanlı anlar yaşadan qadınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.
Qurumdan Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Nazilə Tahir qızı Bədirova hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
14:12
Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.
Bu barədə görüntüləri Baku.ws yayıb.
Bildirilib ki, Azadlıq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb.
O, hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmayıb. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










