Bakının mərkəzində qanunsuz parkinq yaradılıb: İcra hakimiyyətinin xəbəri yoxdur - FOTO

Paytaxtın mərkəzində MTK sahibinin özbaşınalığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda səki qanunsuz zəbt olunub.
Belə ki, İmran Qasımov küçəsində yerləşən binanin yola baxa hissəsində bordürlər sökülüb. Bununla da avtomobillərin rahat parklaya bilməsi üçün şərait yaradılıb və qanunsuz parklama yeri təşkil edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 454-1-ci maddəsinə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə - fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq oluna, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilərlər.
Hülya
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










