Bakının mərkəzində sahibkar səkini özəlləşdirir – QURUMLARDAN REAKSİYA YOXDUR - FOTO

Bakıda səkinin tikinti şirkəti tərəfindən zəbt edilməsi ilə bağlı xəbər dərc etmişdik. Həmin vaxt rayon icra hakimiyyətindən, eləcə də tikinti şirkətinin nümayəndəsi tərəfindən həmin səkinin bərpa edildiyi və avtomobil yolu kimi fəaliyyət göstərən hissəsinin bağlandığını açıqlamışdılar.
Avtosfer.az xəbər verir ki, bir neçə ay əvvəl Bakının Nəsimi rayonu Hənifə Ələsgərov küçəsi ilə Xan Şuşinski küçələrinin kəsişməsində yerləşən “Grand Plaza” şirkəti yeni tikilən binanın qarşısındakı səkini bütövlükdə kəsərək avtomobil yoluna çevirib. Məsələ ilə əlaqədar xəbər dərc edib aidiyyəti üzrə açıqlama aldıqdan sonra təşkil edilən yolda hərəkət dayandırılmışdı.
Bu gün isə həmin hissə yenidən fəaliyyət göstərməyə başlayıb. Plazanın aşağı mərtəbələrində obyektlər üçün ayrılan hissələr olduğu üçün, həmin obyektlərə yaxınlaşmağı mümkün etmək üçün sahibkarın belə bir addım atdığı da şübhəsizdir.
Kameralar əks istiqamətə yönələrkən sahibkarların bu cür qanun pozuntularını təkrarlaması faktına isə dəfələlə rast gəlirik. Sakinlər nəzarətsiz qalan bəzi küçə və prospektlərdə obyekt sahiblərinin özbaşınalıqlarına aidiyyəti qurumlar tərəfindən birdəfəlik son qoyulmasını xahiş edir.
Həmin ərazidə daha əvvəl əməkdaşımızın çəkdiyi videonu sizə təqdim edirik:
Səfər
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO











