Bakının mərkəzində təhlükəli hörümçəklər – FOTO

Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial istifadəçilər tərəfindən geniş müzakirə edilir. Məlumatda deyilir ki, hörümçək-falanqalar Bakıda 17-19 iyun tarixlərində keçirilən “Formula-1” yarışlarından sonra öz yuvalarından çıxıblar. Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir. Bəzi internet istifadəçiləri şəhərdə gəzən falanqaların şəkillərini paylaşıb.
Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb. Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarının uzunluğu 5-7 sm-dir. Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər. Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












