Banner

Bakının mərkəzində yeraltı piyada keçidini yenə su basdı - VİDEO - YENİLƏNİB

Gündəm 22 İyun 2022 10:18 Oxunub 1110
Bakının mərkəzində yeraltı piyada keçidini yenə su basdı - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması ilə bağlı açıqlama verib. 

Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, qurumun balansına daxil olan piyada keçidində heç bir problem yoxdur:

“Həmin əraziyə su keçidin üzərində yerləşən parkdan sızır. Məsələ barədə aidiyyəti quruma məlumat verilib. Onlar əraziyə suyun haradan və necə sızdığını müəyyən etsinlər ki, problemin qarşısı birdəfəlik alınsın”.

***

Bakı şəhərinin mərkəzində yeraltı piyada keçidini su basıb.

Avtosfer.az xəbər verir ki, bir neçə gün bundan öncə baş verən və qarşısı alındığı iddia edilən hadisə yenidən yaşanıb. 

Belə ki, “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə yenidən su sızıb.

Həmin görüntüləri təqdim edirik: 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh