Bakının mərkəzindəki “Naxçıvan” hoteli söküldü; ətrafı toz bürüyüb - VİDEO

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hotelinin binasının sökülməsi işlərinə başlanılıb. Bununla əlaqədar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Avtosfer.az-a bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası həyata keçiriləcək.
Hotelin binasının 1 ildən uzun müddətdir ki, sökülməsi planlaşdırılsa da, nəhayət bu gün ərazidə eskavatorların işləməsi müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra söküntü işlərinin ətrafında səkidə təhlükəsizlik tədbirləri görülüb.
Ərazi ilə bağlı isə bir sıra problemlər ortaya çıxıb. Belə ki, tikinti zamanı yüksək tozlu mühit yaranıb. Əraziyə yaxın yerləşən İzmir parkındakı, eləcə də küçələrdən istifadə edən vətəndaşların bu tozdan zərər görməsinə qarşı heç bir qabaqlaycı tədbir görülməyib. Tikintidə çalışan işçilərdən biri tozla bağlı tədbir görüldüyünü, bu tədbirin isə sadəcə arabir su səpmələri olduğunu deyib.
Bakıxanov və İzmir küçələrində səkidə təhlükəsizliyi təmin etmək üçün isə hotelin gördüyü iş avtomobil yolunun 1 zolağını zəbt etmək olub. Bu təhlükəsizlik tədbiri isə bir neçə konus və lentdən ibarət imiş.
Ərazidən çəkilən həmin videonu sizə təqdim edirik:
Səfər
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










