Pirallahıda Elmar Nəbiyev küçəsi əsaslı təmir edilir - FOTO - VİDEO

Prezident İlham Əliyevin Bakının Pirallahı rayonundakı avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsini əsaslı təmir edir.
Bu barədə agentlikdən bildirilib.
Məlumata görə, 1,3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olub, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etməyib. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təmir işləri çərçivəsində kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI








