Bakının şimal girişi bağlanacaq - Bu gecədən

Bu gecədən Bakı şəhərinə şimaldan əsas giriş bağlanacaq. Sumqayıt-Abşeron istiqamətindən Bakının 20 Yanvar dairəsi istiqaməti üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
"18-19 yanvar tarixlərində gecə saat 1-dən 3-ə qədər "Şamaxinka" adlanan ərazi istiqamətində avtomobilərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, bu istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulub. Həmin ərazidə olan yüksəkgərginlikli işıq dirəyinin yerinin dəyişdirilməsi və həmçinin həmin ərazidə yolun 4 zolaqlı edilməsi məqsədilə bu prosses davam edəcək. Şəhərdaxili "Şamaxina" istiqamətində həkərət edənlər yalnız 3-cü kənar dairəvi yolla hərəkət edərək, istənilən istiqamət üzrə hərəkətlərini davam edə bilərlər", - deyə V. Əsədov qeyd edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












