Bakının su basan ərazilərinin adları AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb. Avtosfer.az xəbər verir ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabuncu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca bəzi yerlərdə ərazini qrunt suları basıb: "Bu, əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Adı çəkilən ərazilərdə kanalizasiya sistemi yoxdur. Ancaq kanalizasiya sistemi evdən çıxan təsərrüfat sularının uzaqlaşdırılması üçündür. Kanalizasiya sisteminin ərazidəki qrunt sularının tənzimlənməsinə köməyi olmur".
R.Həsənov qeyd edib ki, qrunt sularının təmizlənməsi üçün "Azərsu" ASC tərəfindən ərazidə drenaj şəbəkəsinin qurulması vacibdir: "Bu yeraltı şəbəkə qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadanalanan ərazilərdə bu şəbəkə yoxdur".
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










