Bakının sürüşən avtovağzalında SON DURUM

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri yekunlaşmaq üzrədir. Hazırda həmin hissəyə yeni asfalt örtüyü çəkilir. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, aparılan təmir işləri yaxın günlərdə tam olaraq yekunlaşacaq.
Qurum rəsmisi bildirib ki, ərazidə bərkitmə işləri "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Evrascon" şirkəti tərəfindən aparılır. Xatırladaq ki, ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verən sürüşmə nəticəsində yaxınlıqdakı magistral yolda çatlar yaranmışdı. Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılmışdı.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












