Bakının sürüşmə sahələrinin rəqəmsal modelləri yaradılıb

Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunub və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılıb. Avtosfer.az xəbər verir ki, bu barədə AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutundan trend-ə verilən məlumata görə, institutun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov bildirib ki, bunun əsasında tədqiqat ərazisində potensial sürüşmə təhlükəsi olan sahələr də ayrılıb. Müəyyən edilib ki, sürüşmə proseslərinin yaranmasında təbii amillər rol oynasa da, onların fəallaşmasında və dağıdıcı miqyas almasında əsas rol antropogen amillərin üzərinə düşür. Bundan əlavə, ərazidə yayılmış eroziya prosesləri, xüsusilə də yarğan eroziyası ətraflı təhlil olunub. Tədqiqatçı Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlilini aparıb, kosmik radar məlumatları əsasında tədqiqat ərazisi relyefinin rəqəmsal modelini hazırlayıb, 1:50 000 miqyasında rəqəmsal geomorfoloji xəritə, bir sıra morfometrik xəritələr və Böyük Bakı ərazisinin sürüşmə təhlükəliliyi xəritəsini tərtib edib. “Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modelinin yaradılması” mövzusunda tədqiqat işi qrant layihəsi çərçivəsində aparılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












