Bakının tıxac problemi: Qabaqlayıcı tədbirlər görülür - VİDEO

Paytaxda, əvvələr günün pik saatlarında sıxlıq yaşanırdısa, indi hər vaxt tıxacın şahidi oluruq.
Daxili işlər naziri Vilayət Eyvazov, ötən gün keçirilən kollegiya iclasında bu məsələyə də diqqət çəkib. Nazir bildirib ki, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılması, digər qanunazidd halların aradan qaldırılması, ümumən bu sahədə tədbirlərin gücləndirilməsi zəruridir. O, həkətin təhlükəsizliyinin təmini ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Şəhər yollarını, xüsusən də nəqliyyatın hərəkətini hər zaman diqqətdə saxlayan, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov deyir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, paytaxt ərazisində nəqliyyatın fasiləsiz hərəkətini təşkil etmək məqsədi ilə Yol Polisi də nəzarəti artırıb. Baş İnspektor da edilən xəbərdarlıq və yazılan cəriməyə baxmayaraq, sıxlığın bəzi sürücülər tərəfindən dayanma və durma qaydasının kobud şəkildə pozulması səbəbindən olduğunu deyib.
Araz Əsgərli vurğulayıb ki, dayanma və durma qaydasını pozan sürücülər barəsində inzibati qaydada protakol tərtib olunur. Sürücülər qanunamüvafiq olaraq 20 və 40 manat məbləğində cərimə edilirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI










