Bakının tıxacı: “Bir məktəbli üçün 2-3 avtomobil gedir”

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. Yeni tədris ilinin başlaması ilə Bakıda böyük tıxaclar müşahidə edilir. “BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev hazırda paytaxtda müşahidə edilən tıxacla bağlı Avtosfer.az-a fikirlərini bildirib: “Səhərdən monitorun qarşısında fikir verirəm avtobuslar təhsil müəssisələrinin, xüsusilə orta məktəblərin qarşısında ləngiyir. Çünki tıxaca düşür. Tıxacın əsas səbəbi nədir? Məktəbə gedən bir uşağın dalınca 2,3 avtomobil gəlir. Maşını məktəbin qarşısında, yəni yolun ortasında saxlayan valideyn, qohum-qardaş uşaq dərsə başlamayana qədər, müəllimlə hal-əhval tutmayana qədər getmir. Hələ məktəbin qarşısında, maşının yanında toplaşıb söhbət edən valideyinləri də hesaba qatsaq, onda problemin haradan qaynaqlandığını tapa bilərik”.
Onun sözlərinə görə, universitetə şəxsi avtomobili ilə gedənlər də ayrıca problem yaradır:
“Sonra da deyirik bu tıxac nədən baş verir? Kimdir günahkar? Hamı uşağını böyük avtomobili ilə məktəbə aparmaq və maşınını məktəbin qapısının ağzında park etmək istəyir. Budur pik vaxtının əsas problemi! Problemin həlli isə bir qurumdan yox hamımızdan asılıdır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












