Bakının unudulmuş qəsəbəsi – FOTO+VİDEO

Gündəm 12 İyul 2016 17:09 Oxunub 2038
Bakının unudulmuş qəsəbəsi – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buranın əhalisi məktəb, xəstəxana, aptek üçün başqa qəsəbələrə getməli olur

Bakıda 5 mindən çox əhalisi olan qəsəbənin nə dəqiq ünvanı, nə də yaşayış üçün lazım olan imkanları var. Buranın əhalisi məktəb, xəstəxana, aptek üçün başqa qəsəbələrə getməli olur. 

Söhbət Binə qəsəbəsinin "Atçılıq" adı ilə tanınan ərazisindən gedir. Ərazinin rəsmi adı olmasa da, əhali arasında belə tanınır. 

İllərdir ki, Binə camaatı kommunal problemlərdən və yolların pis vəziyyətdə olmasından əziyyət çəkir. Yayda toz-torpaqdan, qış aylarında isə palçıqdan yollar keçilməz duruma düşür. 

Avtosfer.az musavat-a istinadən bildirir ki, bu adsız məhəllənin ən böyük problemi içməli su ilə bağlıdır. Əraziyə su xətti çəkilmədiyindən əhali içməli suyu maşınlarla almalı olur və bunun üçün aylıq 40-50 manat xərcə düşür. 

Sakinlər həyətlərdə artezian quyuları qazıb, su çıxartmaq istəsə də, yalnız şor su çıxır. Bu suyu isə qəsəbə sakinləri yalnız məişətdə istifadə edə bilirlər. Maddi imkanı aşağı olanlar  bu sudan içməyə məcbur qalırlar.

Qəsəbənin problemlərindən biri də yol və marşrutdur. İnsanlar magistral yolda ictimai nəqliyyatdan düşərək, qəsəbənin içərisinə doğru əlavə marşrutlarla gedirlər. Yolların qəzalı vəziyyətdə olması isə marşrut sürücülərini və sərnişinləri çətinə salır. 

"Atçılıq"da məktəbin olmaması isə şagirdlərin kilometrlərlə piyada yol qət etməsinə səbəb olur. Bir qədər imkanı olan valideyinlər övladlarını avtobus və taksi vasitəsilə məktəbə göndərir. Bu da ailə üçün əlavə xərc deməkdir. 

Bir neçə şagirdin valideyni toplaşaraq, aylıq avtobus kirayələyib  övladlarını məktəbə göndərirlər. Bir şagirdin bu cür məktəbə gedib-gəlməsi valideynə aylıq 20 manata başa gəlir. 

Musavat.com-un müxbiri ərazidə olarkən qəsəbə sakinləri ilə həmsöhbət olub və onların şikayətlərini dinləyib. 

İnsanlar XXI əsrdə, böyük bir qəsəbənin məktəbinin olmamasını faciə hesab edirlər: "Hansı dövrdə yaşayırıq. Qəsəbənin yolu, su xətti, marşrutu, xəstəxanası yoxdur. Bunları birtəhər yola veririk. Ancaq məktəbin olmaması bir faciədir. Uşaqlarımız kilometrlərlə yolu piyada məktəbə gedirlər. Yayda istidən, qışda da soyuqdan əziyyət çəkirlər".

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.












 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh