Bakıxanov küçəsindəki körpünün seysmodayanıqlığı yoxlanılır

Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində informasiya sistemi quraşdırılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Rəyasət Heyətinin bu gün keçirilən iclasında məruzə ilə çıxış edərkən deyib. Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”. 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu söyləyib.
Kvant informatikası sahəsində ölkədə mövcud durum, potensialı və inkişaf perspektivlərini təhlil edən N.Məmmədov Fizika İnstitutunda "Kvant informatikası" baza laboratoriyasının və bu laboratoriyanın nəzdində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İnformasiya Texnologiyaları Laboratoriyası ilə birgə kadr hazırlığı üçün virtual distant təlim infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












