Bakıya 18 metrlik avtobuslar gətirilir

Gələn il Bakıya 18 metr uzunluğunda marşrut avtobusları gətiriləcək. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Trend-ə verdiyi geniş müsahibədə bildirib. Direktorun sözlərinə görə, növbəti ildən bir çox köhnə avtobuslar yeniləri ilə dəyişdiriləcək:
“Nazirlər Kabinetinin iclasında da bildirdim ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir. Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobusun gətirilməsi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq.
Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar”.
V.Kərimli bildirib ki, 18 metrlik avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişiklik olacaq:
“Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrut xəttinə buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək”.
Direktorun sözlərinə görə, gələn il üçün Zabrat, Binəqədi, Mərdəkan, Qala, Bakıxanov və Zığ qəsəbələrində kiçik nəqliyyat mübadilə mərkəzləri yaradılacaq:
“Ətraf qəsəbələrdə mərkəzlər olanda nəqliyyatın mərkəzlə əlaqələndirilməsi daha yaxşı təşkil olunacaq. Bu, həm sərnişinlər üçün rahat olacaq, həm də şəhərin tıxac problemi müəyyən qədər aradan qalxacaq”.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!








