Bakıya 20 "qarmoşkalı" avtobus gətiriləcək

Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək. Avtosfer.az xəbər verir ki, Bu barədə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib. Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq: "Bəziləri düşünür ki, Bakıya "qarmoşkalı" avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər". V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların "BakuBus" MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












