Bakıya gələn qatar daşa basıldı - Yaralananlar va - FOTOr

Şəmkirdə bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basıb. Avtosfer.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb. Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm satansiyasından 500 metr aralda qeydə alınıb. Stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və digər vasitələrdən zərbələr endirib, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.
Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyacandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər stansiyada yaralılara yardım göstəriblər. Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıblar.
Qeyd edək ki, qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər.
Hüquq-mühafizə oraqanları hadisəni törədənlərin axtarışını davam etdirirlər.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI















