Bakıya gəlmək çətinləşdi - Naxçıvandan

Naxçıvan Muxtar Respubllikasından Bakıya gəlmək olduca çətinləşib. Avtosfer.az xəbər verir ki, bu barədə bizimyol.info-nun Naxçıvan sakinlərinə istinadən verdiyi məlumata görə, Muxtar respublikadan Bakıya gəlmək üçün bilet tapılmır. Hal-hazırda sentyabr ayının 15-ə kimi bütün biletlər satılıb.
Sakinlərin bildirdiyinə görə, hər gün səhər saat 8-dən etibarən bütün aviakassaların qabağında növbə gözləyən onlarla insan bilet almadan evinə dönür. Bir gündə 4-dəfə Bakı-Naxçıvan reysi olsa da, bu hazırkı vəziyyət üçün kifayət etmir.
Məsələ ilə bağlı sayta danışan Respublika kassasının yerli xətlər şöbəsinin əməkdaşı məlumatı təsdiq edərək hazırda Naxçıvandan Bakıya gəlmək üçün biletlərin olmadığını bildirib: “Bəli, hazırda Muxtar Respublikadan paytaxta gəlmək üçün sentyabr ayının 15-ə kimi bilet yoxdur. Biletlər əvvəlcədən alınıb, hazırda gedib- gələnlər üçün bilet yoxdur. Amma buna baxmayaraq hər gün xəttə əlavə reyslər salınır, bu da bəs etmir. Nəticədə belə vəziyyət yaranır. Vacib məsələlərlə bağlı səfər etmək istəyənlər üçün bu vəziyyət daha pisdir. Çünki VİP yerlər üçün də bilet yoxdur".
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












