Bakıya uçuşları bərpa etmək niyyətindədir - Avstriya Hava Yolları

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb. XİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. S.Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəyə sərmayə yatırtmaqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu deyib.
E.Məmmədyarov Azərbaycanın Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib. ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həlli üçün səylər göstərəcəyini vurğulayan S.Kurz isə bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












