Bakıya yağan güclü yağış bitsə də, fəsadları hələ də bitmir - VİDEO

Bir neçə gün əvvəl Bakıya yağan güclü yağış bitsə də, fəsadları hələ də qalmaqdadır.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonunda sakinlər günlərdir çarəsiz qaldıqlarını bildirirlər. Rəsulzadə-Binəqədi şossesinin kənarında xüsusilə döngə 3 adlanan bu massivdə insanlar su əlindən evlərinə girməkdə çətinlik çəkirlər.
Sakinlər günlərdir çarəsizcə aidiyyəti qurumların köməyini gözləyirlər.
Məsələ ilə bağlı əvvəlcə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sakinlər məsələnin həlli üçün aidiyəti üzrə rayon icra hakimiyyətindəki Fövqəladə Hallar Komissiyasına müraciət etməlidirlər.
Binəqədi rayon İcra Hakimiyyətindən isə cavab olaraq deyildi ki, həmin problemin həlli ilə bağlı icra hakimiyyəti aidiyyəti qurumlara müraciət edib.
Dövlət Su Ehtiyatları Agentliyinə də müraciət etdik. Bildirildi ki, Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadası qeyd olunan əraziyə göndərilib. Tullantı sularının yaşayış məntəqəsindən kənarlaşdırılması üçün işlər görülür.
Ətraflı videomaterialda.
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










