Bakıya yağan güclü yağışın səbəbi bu imiş...

Azərbaycanda son günlər müşahidə olunan qeyri-sabit, yağmurlu və küləkli hava şəraiti əhalinin və mütəxəssislərin diqqət mərkəzindədir. Sinoptiklərin və ekoloqların əvvəlcədən xəbərdarlıq etdiyi kimi, avqustun son günlərindən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin şəkildə dəyişib. Bəzi bölgələrdə leysan xarakterli yağışlar yağıb, güclü külək qeydə alınıb, dağlıq rayonlarda isə sel təhlükəsi yaranıb. Respublika ərazisində hökm sürən bu meteoroloji anomaliyanın səbəbləri və atmosferdə baş verən qlobal proseslər həm elmi dairələrdə, həm də cəmiyyətdə geniş müzakirə olunur.
Məsələ ilə bağlı ekoloq Telman Zeynalov qeyd edib ki, hazırda ölkə ərazisində qeydə alınan kəskin hava dəyişikliyi təbiətin öz daxili qanunauyğunluqları və planetar miqyasda baş verən istilik balansının tənzimlənməsi prosesidir: "Hazırda ölkə ərazisində qeydə alınan kəskin hava dəyişikliyi təbiətin öz daxili qanunauyğunluqları və planetar miqyasda baş verən istilik balansının tənzimlənməsi prosesidir".
Onun sözlərinə görə, uzun müddət davam edən quraqlıq və anomal istilər atmosferdə həddindən artıq istilik və enerji toplanmasına gətirib çıxarıb ki, bu da qaçılmaz olaraq təbii balansın bərpası üçün müəyyən kataklizmlərə səbəb olur: "Uzun müddət davam edən quraqlıq və anomal istilər atmosferdə həddindən artıq istilik və enerji toplanmasına gətirib çıxarıb ki, bu da qaçılmaz olaraq təbii balansın bərpası üçün müəyyən kataklizmlərə səbəb olur".
Həmçinin o əlavə edib ki, yay aylarında torpağın və su hövzələrinin həddən artıq qızması nəticəsində havaya külli miqdarda su buxarı daxil olub: "Yay aylarında torpağın və su hövzələrinin həddən artıq qızması nəticəsində havaya külli miqdarda su buxarı daxil olub. Xəzər hövzəsinin coğrafi mövqeyi və regiondakı hava kütlələrinin dinamikası da mövcud iqlim dəyişikliklərində mühüm rol oynayır. Şimaldan gələn soyuq hava axınları ilə cənub istiqamətindən daxil olan isti hava kütlələrinin ölkə sərhədləri daxilində və ya Xəzər dənizi üzərində toqquşması atmosfer təzyiqinin qəfil aşağı düşməsinə və nəticədə sərt meteoroloji hadisələrin baş verməsinə yol açır. Bu cür sinoptik vəziyyət adətən fəsillərin dəyişmə dövrünə təsadüf etsə də, son illərdə qlobal istiləşmənin təsiri ilə bu cür kəskin keçidlər daha qabarıq şəkildə özünü büruzə verir".
Sinoptiklərin proqnozlarına əsasən, yaxın günlərdə də atmosferdə qeyri-sabitlik qismən də olsa davam edə bilər. Payız fəslinin qədəm qoymasına az bir vaxt qaldığını nəzərə alan mütəxəssislər, tədricən temperaturun aşağı enəcəyini və iqlimin mövsümi normaya uyğunlaşacağını proqnozlaşdırırlar. Lakin uzunmüddətli quraqlıq dövrlərindən sonra baş qaldıran bu cür intensiv leysanlar yerli infrastruktur üçün müəyyən çətinliklər yaratsa da, təbiətin özünü təmizləməsi və ekoloji tarazlığın qorunması baxımından qaçılmaz bir proses olaraq qiymətləndirilir./nocomment.az
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib










