Bakıya yağan qar yolları iflic etdi, sürücülər yolda qaldı – FOTO+ VİDEO

Paytaxt Bakıya yağan güclü qar bir sıra problemləri də özü ilə gətirib. Belə ki, üç gündür ki, qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yolların buz bağlaması avtomobil qəzalarına da səbəb olub. Həmişəki kimi güclü qardan sonra paytaxtın mərkəzi prospektlərində yolların açılması üçün tədbirlər görülsə də, ara yollar yenə də yaddan çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un müxbiri paytaxtın yollarındakı vəziyyəti öyrənmək üçün şəhərin bir sıra küçələrində olub. Qara Qarayev prospektinin ətrafında yerləşən küçələr bərbad durumdadır. Yolların həddindən artıq sürüşkən olması, nəqliyyatın hərəkətini iflic edib. Müşahidə zamanı onlarla avtomobilin yolda qaldığını gördük. Aramsız yağan qar nəticəsində yollarda buz qatı yaranıb ki, nəticədə avtomobillər sanki bu buzun üzərində rəqs edirlər. Onların köməyinə isə müvafiq qurumun əməkdaşları deyil, yaxın ətrafda yaşayan insanlar gəlir. Musavat.com-un kamerasına danışan sürücülər bildirdilər ki, onlar qaydalara uyğun olaraq müvafiq tədbirləri alsalar da, yollardakı qarın çox olması səbəbindən bunun bir faydası olmayıb: “Küçədə buzun qalınlığı ən azı 5 santimetrdir. Təkərə zəncir belə qoşsaq, maşın yenə sürüşəcək. Buz o qədər qalındır ki... Prospektlərdə vəziyyət normaldır. Əsas problem ara yollardadır. Duz tökməsələr də, heç olmasa qum səpsinlər. Bunu da etmirlər. Xarici ölkələrdə qar yağmamış öncədən hazırlıqlar görürlər. Biz də isə əksinədir”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA















