Bakıya yeni avtobuslar gətiriləcək

Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması məqsədilə paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında nəqliyyat vasitələrini paytaxta gətirəcək "Xaliq Faiqoğlu" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar gətiriləcək.
"Yeni avtobuslar da, digər avtobuslarımız kimi “Euro-5” standartına cavab verəcək. Bu avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənəcək. Bundan başqa, avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Biz fiziki imkanları məhdud insanları da nəzərə almışıq, həmçinin avtobuslarda yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar quraşdırılıb. 24 oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən günəş işığını təsirini təxminən 80% azaldır", - deyə F.Sadıqov əlavə edib.
Qeyd edək ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin balansında təxminən 300 avtobus var. Yeni gətiriləcək nəqliyyat vasitələri
şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












