"Baku 2017" zolağına daxil olan 520-dən artıq sürücü cərimələnib - VİDEO

Bakı yollarında 'IV İslam Həmrəyliyi Oyunları üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar. Avtosfer.az xezerxeber.az-a istinadən məlumat verir ki, qaydalara görə müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir. Çəkiliş zamanı da şahid olduq ki, bir çox sürücü səbirsizlik edib oyunlar zolağına daxil olurlar. Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa o qədər cərimə ediləcək. Cərimənin məbləği isə 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












