"Baku Bus" insanları niyə dayanacaqlarda saxladı?

Bu gün səhər saatlarında 3 saylı marşrut xətti üzrə hərəkət edən "Baku Bus" avtobusları yarım saatdan çox gecikməli olaraq hərəkət edib.
Yağan qar isə avtobus gözləyən sərnişinlərin vəziyyətini bir az da çətinləşdirib. Əsas problem Şəhidlər xiyabanı - "Dərnəgül" metrosu istiqamətində hərəkətdə yaşanıb. Bu da onlarla sərnişinin getməli olduğu ünvana gecikməsinə səbəb olub. Sərnişinlərin sözlərinə görə, hər dəfə yağış, qar yağanda oxşar problemi yaşayırlar.
Avtosfer.az xəbər verir ki, "Baku Bus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Publika.az-a açıqlamasında bildirib ki, avtobusların gecikmə səbəbi yolların bağlı olmasıdır. Bu gün səhər saatlarında sərnişinlərin yaşadığı çətinliyə gəldikdə, M.Piriyev belə dedi: "Bu gün səhər saatlarında Oxford məktəbindən M.Əzizbəyov heykəlinə qədər yolun müvəqqəti bağlı olması ilə əlaqədər 3 Saylı marşrut avtobusların intervalında müəyyən ləngimələr olub. Ancaq yol açılan kimi avtobuslarımız cədvəl üzrə təyin olunmuş intervallarla hərəkətlərini davam etdiriblər. Hazırda avtobuslar həmin istiqamətdə 5-6 dəqiqəlik intervalla hərəkət edirlər".
M.Piriyev onu da bildirib ki, bu hadisə həmin istiqamətdə olan bir neçə avtobusun intervalına təsir edib: "Bu, dayanacaqlara görə fərqli olub. Amma yol təxmini olaraq 30-32 dəqiqə bağlı qalıb. Əgər yol bağlıdırsa, avtobusların yolun açılmasını gözləməkdən başqa çarəsi yoxdur".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












