“Baku Bus” ödəmə terminallarının az olması məsələsinə aydınlıq gətirdi

Paytaxt yollarında hərəkət edən “Baku Bus”-a məxsus avtobuslarda ödəniş kart vasitəsilə aparılır. Avtobus dayanacaqlarının hamısında bu terminalların olmaması bəzən problem yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku Bus”–a məxsus ödəmə terminallarının dayanacaqların hamısında olmaması ilə bağlı şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova atv.az-ın sorğusuna cavabında bildirib ki, bu, “Bakı Kart” vasitəsilə həyata keçirilən xidmətdir: “Biz “Baku Bus” olaraq həmin şirkətdən xidmət alırıq. Onların aparatlarının yerləşdirilməsi bizim tərəfimizdən həyata keçilmir. Ancaq “Baku Bus”-a məxsus trayektoriya üzrə 80 faiz dayanacaqda aparat mövcuddur. Bir məsələ də var ki, dünyanın heç bir ölkəsində kart aparaları bütün dayanacaqlarda quraşdırılmır. Bu aparat kifayət qədər məsrəflidir və sərnişin artıq evdən çıxdığı zaman müəyyən məbləği öz xərclərinə uyğun cibinə nağd şəkildə qoyduğu kimi, karta da müvafiq məbləği yetərli şəkildə yükləsə bu problem yaşanmaz deyə düşünürəm”.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












