«Baku Bus»da işləmək istəyənlərin diqqətinə - Yeni layihə

«Baku Bus» MMC 25-40 yaş arası “D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir. “Baku Bus” MMC-dən Avtosfer.az-a verilən məlumata görə, 10 gün davam edəcək təlimin sonunda “Baku Bus” MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. MMC-nin Avstriyada təlim keçən peşəkar mütəxəssisləri bu işdə sürücülərin bələdçisi olacaq. “Test&Training Azerbaijan” Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verəcək. Məşğələlər “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” , “Psixoloji dərslər və ilk tibbi yardım”, “Təhlükəsizlik qaydaları“, “Şəhərdə sürmə Testi və baş vermiş qəzaların analizi” olmaqla 7 məşğələ mövzusunu əhatə edir. Təlimlər üçün sürücülərə ən uyğun dərs qrafiki təklif edilir. Dərslər 12 nəfərlik qrup halında, təlim mərkəzində və müasir metodika ilə tədris olunacaq.Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində “Bakı Bus” MMC-də işlə təmin olunacaqlar. Sərnişin təhlükəsizliyi üçün peşəkar sürücülər şərtdir!
http://tta.az/ saytına daxil olub qeydiyyatdan keçmək mümkündür.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 077250 0046 (48)
Emin
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı










