Banner

"Baku Electronics" CƏRİMƏLƏNDİ

Gündəm 18 Avqust 2021 13:38 Oxunub 1228
"Baku Electronics" CƏRİMƏLƏNDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi “Baku Electronics” MMC barədə inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.

Unikal.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh