"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt quraşdırılacaq?

""BakuBus" avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı şirkətlər tərəfindən verilən təkliflər hazırda dəyərləndirilir". Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "BakuBus" MMC-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, əslində BakuBus avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı heç bir problem yoxdur: "Sadəcə olaraq, sistem işə düşdükdən sonra problem olmasını istəmirik. Ona görə də tenderdə bizə ən uğurlu təklif verən şirkətlə danışıqlar aparmaq istəyirik. Bununla bağlı bizə verilən təkliflər çoxdur. Biz elə bir təklifi qəbul etmək istəyirik ki, sistem işə düşdükdən sonra boşluq olmadan işləsin. Yəni, sərnişin bizə müraciət edərək hər dəfə "Wi-Fi"ın tutmadığını, problem yaşandığını bildirməsin. Ona görə də hazırda təklifləri qiymətləndiririk".
N.Allahyarova qeyd edib ki, bu ilin sonuna qədər "BakuBus" avtobuslarında "Wi-Fi" məsələsi öz həllini tapacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












