“BakuBus"dan vətəndaşlara MÜRACİƏT

“BakuBus” vətəndaşlara müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələrinin qarşısının əvvəlcədən alınmasında vətəndaşların münasibəti, ictimai qınağın formalaşdırılması həlledici rol oynaya bilər: “İctimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümaiş etdirməlidir. Unutmaq olmaz ki, hər hansı sərnişin avtobusunda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, təhlükə yaradan hərəkətləri həm sərnişinlərin həm də digər vətəndaşların həyatı üçün böyük təhlükə yaradır".
"BakuBus" vətəndaşlardan avtobusun içərisində baş verən istənilən xoşagəlməz hadisəyə, münaqişəyə, sürücünün avtobusu idarə etməsinə maneə yaradan istənilən hərəkətə münasibətlərini ictimai qınaq və ya polisə zəng etməklə ortaya qoymağı xahiş edib.
Qeyd edək ki, “BakuBus” un istifadəsində olan bütün avtobuslarda 24 saat fəaliyyət göstərən müşahidə kameralar mövcuddur. Müşahidə kameraları avtobusun içərisində və ətrafında baş verən hadisələri fasiləsiz olaraq qeydə alır və istənilən hadisənin araşdırılması zamanı obyektiv nəticənin əldə olunmasına imkan yaradır.
Emin
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










