“BakuBus”ın sürücüsü sərnişinin həyatını xilas edib - VİDEO

Hadisə "BakuBus"a məxsus avtobusda olub. Bakıda "BakuBus"un sürücüsü sərnişini ölümdən xilas etdi. Avtosfer.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, hadisə yanvarın 26-da saat 09:15-də Tbilisi prospektindən hərəkət edən "BakuBus"a məxsus 6 saylı marşrut avtobusunda baş verib. Hadisə zamanı sürücü Novruzov Oqtay Şair oğlu öz xidməti vəzifəsini yerinə yetirərək, huşunu itirib yerə yıxılan sərnişinə ilk tibbi yardım göstərib. Sürücü sərnişinin həyatını xilas edib. Kadrlardan da görünür ki, gənc oğlanın qəfildən vəziyyəti pisləşir və o, yıxılır. Sürücü öz yerini tərk edərək ona yaxınlaşır və yardıma başlayır. Qeyd edək ki, "BakuBus" sürücüləri Təlim Mərkəzində kurslara cəlb olunur və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı nəzəri və praktiki dərslər keçirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












