“BakuBus”ın WI-FI problemi nə vaxt həll olacaq?

"İnsanların yeni bir xidmətə adaptasiya olma prosesi bir qədər çətin keçir. Komfort, təhlükəsiz xidmət, sürücü mədəniyyəti baxımından alışmadığımız bir xidmət təklif olunmasına baxmayaraq, yenə də problemlər var. Maraqlıdır ki, əvvəllər sərnişinlər avtobusların yalnız dayanacaqlarda saxlanmasını tələb edirdilər. Amma dayanacaqdan dayanacağa saxlamaq qayda şəklinə düşməyə başlayanda sərnişinlər bu qaydanın əksinə çıxmağa başladılar. Qaynar xəttə bu problemlə bağlı mütəmadi zənglər olurdu". Avtosfer.az APA-ya istinadən bildirir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova deyib. O, bildirib ki, önə çıxan problemlərdən biri də sürücülərlə bağlı idi. Onlar arasından tələblərə uyğun seçim etmək çətin idi: "Etik normalara əməl edən, sürücülük qaydalarına tam riayət edən sürücülərə üstünlük veririk. Amma etiraf etmək lazımdır ki, sürücülərin əksəriyyəti yerli əmək bazarında çalışır. Onları yeni xidmətin bütün tələblərinə uyğun şəkildə hazırlamaq bir qədər çətinlik yaradırdı. Sərnişinlərin iradları əksərən bu məqamla bağlı olurdu. Təbii ki, qurum olaraq lazımi ölçü götürürdük. Sürücülər qarşısında qoyulan əsas şərt haqsız olsa belə, sərnişinlərlə əsla aqressiv davranmamaqdır".
Nuridə Allahyarova avtobuslarda WI-FI problemi ilə bağlı görülən işlərdən də danışıb: "Sistem quraşdırılıb, lakin işlək vəziyyətdə deyil. Qeyd etmək lazımdır ki, bu sistemin işə düşməsi üçün tender elan olunur. İştirakçı şirkətlərin xidmətləri araşdırılır. Əksər məkanlarda WI-FI xidməti var, amma istifadəçilər çox zaman müəyyən texniki problemlərlə qarşılaşırlar. Bu halın yaşanmaması üçün daha mükəmməl xidmət təklif edən şirkət axtarışındayıq. 2016-cı ilin I rübündə bu problemin həllini tapacağını düşünürük".
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












