“BakuBus”un qadın sürücüsünün yüksək səslə mahnı dinlədiyi iddialarına RƏSMİ CAVAB – VİDEO

Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictimaiyyətdə diqqət yenə avtobus sükanı arxasına keçən qadınlara yönəldi. Belə ki, sosial şəbəkələrdə “BakuBus”ın qadın sürücüsü ilə bağlı video yayılıb. Xanım sürücünün yüksək səslə mahnı dinləməsi izləyicilərin narazılığına səbəb olub.
“BakuBus” MMC-dən verilən məlumata görə, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur.
“Yayılan görüntülərə dair bildiririk ki, qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilmişdir.
Məlumat üçün bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib. Eyni zamanda, avtobusun idarə edilməsi zamanı mobil telefondan istifadə daxili intizam qaydalarına ziddir və bu hal aşkarlandıqda sürücü barəsində müvafiq intizam tədbirləri tətbiq olunur”.
Məlumatda həmçinin qeyd olunur ki, qadın sürücülər 24 noyabrdan etibarən fəaliyyətə başlayıb və onların ictimai nəqliyyatda fəaliyyəti cəmiyyətdə təqdirlə yanaşı maraq da doğurur. Bu səbəbdən tez-tez sərnişinlər tərəfindən videoya çəkilmələri müşahidə olunur.
“Sərnişinlərdən xahiş edirik ki, avtobus hərəkətdə olarkən sürücünü videoçəkiliş etməklə diqqətini yayındırmasınlar. Bu, həm sərnişin təhlükəsizliyi, həm də nəqliyyat vasitəsinin idarə edilməsinə dair tələblərin yerinə yetirilməsi baxımından vacib hesab olunur”./bizim.media
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












