“BakuBus”un qarajında ümumilikdə 302 avtobus var

Sərnişin və sürücü mübahisələrinin azalmasına kömək edən, sərnişinlərin rahatlığını təmin edən “BakuBus” avtobusları üçün nəzərdə tutulmuş 14 xətdən 6-sı hələ də açılmayıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a açıqlama verən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, hazırda 8 xətt üzrə avtobuslar işləyir: “Biz 14 marşrut xəttinin açılmasını nəzərdə tutmuşduq. Ancaq hazırda işləyən marşrut xətlərinin sayı 8-dir. Onlardan 7-si sərnişinlərə xidmət edir, 1-i isə Hava Limanı-28 May metrostansiyası və əks istiqamət üzrə işləyən "EKSPRESS XƏTT"dir. N.Allahyarova deyib ki, “BakuBus”un qarajında ümumilikdə 302 avtobus var: “ Onlardan 170-i sərnişinlərin istifadəsindədir. Yerdə qalan avtobuslar üçün yeni marşrut xətlərinin açılması gözlənilir”.
N.Allahyarova əlavə edib ki, 6 marşrut xəttinin açılması 2016-cı ilin sonuna kimi planlaşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov bildirib ki, hazırda bütün marşrut xətlərinin optimallaşdırılması həyata keçirilir : “Optimallaşdırma tam yekunlaşdıqdan sonra bütün bu nəzərdə tutulan işlər mərhələli şəkildə həyata keçiriləcək”.
Bütün sərnişin avtobuslarında vahid kart sisteminə keçidə münasibət bildirən R. Mirqulamov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi işinin icrasına başladıqdan sonra ilk iş olaraq bunun gerçəkləşdirilməsi nəzərdə tutulur.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












